0


Bu ilin yanvar ayında Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti dövlət qurumlarına 142 kiberhücum indikatoru (IOC) müəyyən edib.
BBN.az Dövlət Xidmətinin məlumatları əsasında apardığı hesablamalara istinadən xəbər verir ki, bu say bir il əvvəlki göstəricilərinə nisbətən 45 % çoxdur.
Kibertəhdidlərin 43-ü daxili araşdırma, 99-u isə dövlət qurumlarından daxil olmuş insidentlərin araşdırılması əsasında müəyyən olunaraq bloklanıb.