Home » Azərbaycanda ilk sukuk emissiyasına hazırlıq aparılır

Azərbaycanda ilk sukuk emissiyasına hazırlıq aparılır

by Zeyneb
0 comments 0 views 1 minutes read

Azərbaycanda ilk dəfə sukuk (İslam istiqrazları) emissiyasının həyata keçirilməsi üçün hazırlıq işləri görülür.

Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov Bakıda keçirilən İslam İnkişaf Bankının İllik Toplantıları çərçivəsində təşkil olunan “İslam İnkişaf Bankının İslam Maliyyəsi üzrə 20-ci Qlobal Forumu”nda çıxışı zamanı məlumat verib.

Onun sözlərinə görə, Azərbaycan İslam maliyyə infrastrukturunun yaradılması istiqamətində İslam İnkişaf Bankı Qrupu ilə birgə layihə həyata keçirir. Layihə çərçivəsində ölkədə sukuk emissiyası üçün hüquqi və institusional bazanın formalaşdırılması nəzərdə tutulur.

“Bu layihənin nəticəsi olaraq möhkəm hüquqi və tənzimləyici çərçivənin formalaşdırılması, maliyyə institutlarının İslam maliyyəsi üzrə potensialının artırılması, monitorinq və qiymətləndirmə sisteminin yaradılması və nəticə etibarilə Azərbaycanın ilk sukuk emissiyasına zəmin yaradılması gözlənilir. Bununla biz maliyyə sektorumuzu daha da şaxələndirəcəyik”, – deyə AMB sədri bildirib.

Taleh Kazımov qeyd edib ki, İslam maliyyəsi regionlar arasında sərhədlərarası investisiyaların təşviq edilməsində və özəl sektorun inkişafında mühüm rol oynayır.

“Biz İslam maliyyəsini maliyyə arxitekturasına inteqrasiya etməyə sadiqik və gözləyirik ki, aparılan islahatlar maliyyə bazarlarını dərinləşdirəcək, xarici investisiyaların cəlb olunmasına töhfə verəcək. İslam maliyyəsi regionlar arasında birləşdirici maliyyə dili rolunu oynayaraq investisiya axınlarını və özəl sektorun inkişafını asanlaşdırır. Azərbaycan bu viziona töhfə verməyə tam hazırdır”, – deyə o əlavə edib.

Mənbə: “APA-Economics”

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.