0

“AzerGold” QSC 2026-cı ilin yanvar-may ayları ərzində 107.6 milyon ABŞ dolları dəyərində məhsul ixrac edib.
BBN.az İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın iyun sayına istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 25.7 milyon ABŞ dolları və ya 31.4% çoxdur. Qeyd edək ki, “AzerGold” 2025-ci ildə ixracdan 225.7 milyon ABŞ dolları gəlir əldə etmişdi.




