Home » “Azeri Light” neftinin qiyməti dünya bazarında ucuzlaşıb

“Azeri Light” neftinin qiyməti dünya bazarında ucuzlaşıb

by Zeyneb
0 comments 1 views 1 minutes read

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin bir barelinin qiyməti 1,13 ABŞ dolları və ya 1,72 % azalaraq 64,6 ABŞ dolları təşkil edib.

Bu barədə neft bazarındakı mənbə “Report”a məlumat verib.

Hərracların nəticələrinə əsasən, “Brent” markalı neftin mart fyuçerslərinin qiyməti 61,89 ABŞ dolları səviyyəsində formalaşıb.

Bununla yanaşı, Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri Light” markalı Azərbaycan neftinin bir barelinin qiyməti 1,19 ABŞ dolları və ya 1,86 % azalaraq 62,8 ABŞ dolları olub.

Qeyd edək ki, Azərbaycanın 2026-cı il dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dolları səviyyəsində nəzərdə tutulub.

Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də 15,81 ABŞ dolları, maksimal qiyməti isə 2008-ci ilin iyul ayında 149,66 ABŞ dolları səviyyəsində qeydə alınıb. Azərbaycanda bu markalı neft “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi haqqında saziş çərçivəsində hasil edilir. Müqaviləyə əsasən, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) payı 31,65 % təşkil edir.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.