Home » Bank kartlarından 10 min manatdan çox vəsait oğurlanıb – DİN vətəndaşlara xəbərdarlıq edir

Bank kartlarından 10 min manatdan çox vəsait oğurlanıb – DİN vətəndaşlara xəbərdarlıq edir

by yunus
0 comments 0 views 1 minutes read

Ötən gün müxtəlif vətəndaşların bank kartlarından ümumilikdə 10 min manatdan çox vəsait kiberdələduzluq yolu ilə oğurlanıb.

BBN.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb. Bildirilib ki, mayın 15-də ayrı-ayrı şəxslərin bank kartlarından müxtəlif məbləğlərdə — 3200, 3118, 999, 908, 800, 700, 441, 393, 361, 258, 254, 150, 112, 83 və 50 manat pul vəsaiti talanıb.

Nazirlik bir daha xatırladır ki, bank kartının üzərindəki CVV/CVC kodları, eləcə də SMS vasitəsilə göndərilən OTP (birdəfəlik şifrə) kodları yalnız kart sahibinə məxsus məxfi məlumatlardır. Bu məlumatlar üçüncü şəxslərə verildiyi halda, hesabdakı vəsaitlər oğurlana və ya adınıza kredit rəsmiləşdirilərək maddi zərər vurula bilər.

DİN vətəndaşlara şübhəli zənglər və mesajlarla gələn “cəlbedici qazanc”, “sığorta”, “viza”, “bank hesabının gücləndirilməsi”, “ödəniş mədaxili” kimi təkliflərə qarşı diqqətli olmağı tövsiyə edir. Naməlum nömrələrlə danışmaq və ya yazışmaq məsləhət görülmür – belə hallarda əlaqə dərhal dayandırılmalı və bloklanmalıdır.

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.