Home » BP rəsmisi: Maliyyə cinayətləri ilə mübarizədə əsas rol insan faktoruna məxsusdur

BP rəsmisi: Maliyyə cinayətləri ilə mübarizədə əsas rol insan faktoruna məxsusdur

by Zeyneb
0 comments 1 views 1 minutes read

BP-nin Xəzər regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli maliyyə cinayətləri və fırıldaqçılıqla mübarizədə texnologiyanın inkişafına baxmayaraq, həlledici rolun insan faktoruna aid olduğunu bildirib.

O, bu fikirləri AmCham Azerbaijan tərəfindən təşkil olunan “Azərbaycanda ilk Risk və Dayanıqlılıq Konfransı”nda səsləndirib.

Bəxtiyar Aslanbəyli qeyd edib ki, risklərin idarə olunması zamanı adətən texniki həllərə, proqram təminatlarına və qanunvericilik tələblərinə üstünlük verilir. Onun sözlərinə görə, istənilən sistemin effektivliyi onu idarə edən insanların peşəkarlığı və etik yanaşmasından asılıdır.

“Ən müasir monitorinq sistemi və ya süni intellekt belə, əgər onu idarə edən mütəxəssislərin etik dəyərləri və peşəkar hazırlığı yoxdursa, uğursuzluğa məhkumdur”, – deyə o bildirib.

BP rəsmisi vurğulayıb ki, maliyyə fırıldaqçılığı ilə mübarizədə ən effektiv yanaşma preventiv tədbirlərin həyata keçirilməsidir. Bunun üçün şirkətlərdə şəffaflıq və hesabatlılığa əsaslanan daxili nəzarət mühitinin formalaşdırılması vacib hesab olunur.

Onun sözlərinə görə, “Big Data” texnologiyalarının imkanları sayəsində artıq şübhəli tranzaksiyaları real vaxt rejimində izləmək mümkündür. Bununla yanaşı, əməkdaşların, müştərilərin və tərəfdaşların risklər barədə maarifləndirilməsi də mühüm əhəmiyyət daşıyır.

Bəxtiyar Aslanbəyli dövlət və özəl sektor arasında əməkdaşlığın vacibliyinə də diqqət çəkib. O bildirib ki, maliyyə cinayətləri sərhəd tanımadığı üçün bu sahədə tək bir qurumun effektiv mübarizə aparması mümkün deyil.

“Məlumat mübadiləsi və ortaq platformaların yaradılması effektivliyi artırır. Texnologiya yalnız alətdir, əsas məsələ isə strateji baxış və dürüst yanaşmadır”, – deyə BP rəsmisi əlavə edib.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.