Home » EDB: Azərbaycanla yaşıl enerji və rəqəmsal infrastruktur sahəsində əməkdaşlıq potensialı yüksəkdir

EDB: Azərbaycanla yaşıl enerji və rəqəmsal infrastruktur sahəsində əməkdaşlıq potensialı yüksəkdir

by Zeyneb
0 comments 0 views 1 minutes read

Avrasiya İnkişaf Bankı (EDB) bərpa olunan enerji, enerji infrastrukturunun modernləşdirilməsi və rəqəmsal layihələr üzrə Azərbaycanla əməkdaşlıq imkanlarını yüksək qiymətləndirir.

Bunu “Report”a müsahibəsində EDB-nin İdarə Heyətinin sədri Nikolay Podquzov bildirib.

Onun sözlərinə görə, bank bərpa olunan enerji layihələri, elektrik şəbəkələrinin yenilənməsi və transsərhəd enerji infrastrukturunun inkişafı istiqamətində təşəbbüslərin işlənib hazırlanması, strukturlaşdırılması və maliyyələşdirilməsinə dəstək verməyə hazırdır.

N.Podquzov qeyd edib ki, Azərbaycan beynəlxalq maliyyə dəstəyi şərti ilə 2050-ci ilə qədər istixana qazı tullantılarının həcmini 1990-cı ilin səviyyəsi ilə müqayisədə 40 % azaltmağı hədəfləyib.

“Beləliklə, maraq qarşılıqlı xarakter daşıyır”, – deyə o vurğulayıb.

EDB rəhbəri əlavə edib ki, bankın qiymətləndirmələrinə əsasən, Azərbaycanda data mərkəzlərinin tikintisi istiqamətində də böyük potensial mövcuddur.

Bununla yanaşı, EDB-nin Rəqəmsal Təşəbbüslər Fondu regional logistika sahəsində ölkələrarası rəqəmsal həllərin tətbiqini dəstəkləyir. Bu çərçivədə e-TIR sistemi və elektron qaimələrin tətbiqi nəticəsində Özbəkistan, Qazaxıstan və Azərbaycan arasında sərhədkeçmə vaxtının dörd günədək azaldılmasının mümkün olduğu bildirilib.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.