Home » “Google” süni intellekt modellərini mobil telefonlara endirmək üçün tətbiq yaradıb

“Google” süni intellekt modellərini mobil telefonlara endirmək üçün tətbiq yaradıb

by yunus
0 comments 0 views 1 minutes read

Google süni intellekt texnologiyalarını mobil istifadəçilər üçün daha əlçatan etmək məqsədilə “Google AI Edge Gallery” adlı yeni tətbiqini istifadəyə verib.

BBN.az xəbər verir ki, tətbiq ilkin mərhələdə Andr oid cihazlar üçün təqdim olunub və yaxın zamanda iOS platforması üçün də əlçatan olması gözlənilir.

Bu tətbiqin əsas üstünlüyü ondan ibarətdir ki, istifadəçilər Hugging Face platformasında mövcud olan açıq mənbəli süni intellekt modellərini birbaşa mobil telefonlarına endirərək internet bağlantısı olmadan işlədə bilirlər. Beləliklə, görüntü yaratmaq, sualları cavablandırmaq, mətn redaktə etmək və kod yazmaq kimi funksiyalar artıq cihaz üzərində, oflayn rejimdə mümkün olur. Modellər internetə ehtiyac olmadan işlədiyi üçün bütün proseslər cihazın prosessoru vasitəsilə yerinə yetirilir.

Qeyd edək ki, bulud əsaslı süni intellekt modelləri bir çox hallarda daha güclü performans göstərsə də, istifadəçilərin bir qismi şəxsi və ya həssas məlumatlarını bulud mərkəzinə göndərmək istəmir. Eyni zamanda, daimi internet bağlantısı olmayan mühitlərdə süni intellektdən istifadə ehtiyacı yaranır. Google-un təqdim etdiyi bu yeni tətbiq məhz bu ehtiyacları qarşılayır.

Google AI Edge Gallery tətbiqi “eksperimental alfa versiyası” kimi təqdim olunur və istifadəçilər onu GitHub platforması üzərindən yükləyə bilərlər. Tətbiqin əsas interfeysində “Şəkildən soruş” və “AI ilə söhbət” kimi tez-tez istifadə olunan funksiyalar üçün qısa yollar yer alır. Hər hansı bir funksiyanı seçdikdə, məsələn, “Gemma 3n” modeli kimi uyğun süni intellekt modellərinin siyahısı istifadəçiyə təqdim olunur.

Tətbiqdə əlavə olaraq “Prompt Lab” adlı bölmə də mövcuddur. Bu bölmə vasitəsilə istifadəçilər süni intellektdən nə istədiklərini daha dəqiq şəkildə ifadə edə və müxtəlif tapşırıqlar üçün hazırlanmış şablonlardan istifadə edə bilirlər. Google qeyd edir ki, tətbiqin performansı cihazın texniki imkanlarına, xüsusilə prosessor gücünə bağlı olaraq dəyişə bilər.

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.