
Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən Greentek Group MMC-nin fəaliyyətinə müvəqqəti məhdudiyyət tətbiq edilib.
Qərar şirkətdə aparılan plandankənar yoxlamanın nəticələrinə əsasən qəbul olunub.
Yoxlama zamanı istifadəçilərə ödəniş hesablarının qanunvericiliyə uyğun qaydada açılmadığı, internet resursları üzərindən həyata keçirilən qanunsuz fəaliyyətlərin qarşısının alınmasında ciddi nöqsanlara yol verildiyi müəyyən edilib.
Bununla əlaqədar “Mərkəzi Bank haqqında” Qanunun 48.2.4-cü və “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Qanunun 63.1-ci maddələrinə əsasən, şirkətə lisenziya çərçivəsində göstərilən bütün ödəniş xidmətlərinin (yalnız ödəniş xidməti istifadəçilərinin vəsaitlərinin geri qaytarılması istisna olmaqla) müvəqqəti olaraq dayandırılması barədə göstəriş verilib.







