Home » İqtisadiyyat Nazirliyi: Neft-qaz hasilatı azalacaq, 2030-a doğru artım bərpa olunacaq

İqtisadiyyat Nazirliyi: Neft-qaz hasilatı azalacaq, 2030-a doğru artım bərpa olunacaq

by Zeyneb
0 comments 0 views 1 minutes read

İqtisadiyyat Nazirliyi tərəfindən təqdim olunan makroiqtisadi proqnozlara əsasən, 2026-cı ildə Azərbaycanda neft və qaz hasilatında azalma gözlənilir.

BBN.az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinə istinadən məlumat yayılıb.

Bildirilib ki, 2029–2030-cu illərdə neft və əmtəəlik qaz hasilatında yenidən artımın qeydə alınacağı və bunun neft-qaz sektorunda müsbət dinamika yaradacağı proqnozlaşdırılır.

Məlumata görə, 2027-ci ildə əsas kapitala yönəldilən investisiyalar 5,6% artacaq, orta müddətli dövrdə isə bu göstərici üzrə orta illik artım 2,1% təşkil edəcək. Eyni zamanda, 2026–2028-ci illər ərzində neft-qaz sektoruna yönəldilən kapital qoyuluşlarının da artacağı gözlənilir.

Qeyd olunur ki, baza ssenariyə əsasən, cari il üçün 5,5% səviyyəsində proqnozlaşdırılan orta illik inflyasiya tədricən azalaraq 2030-cu ildə 4,6%-ə enəcək.

Proqnozlarda əhalinin gəlir və xərclərinin artımı da əksini tapıb. Belə ki, 2030-cu ildə əhalinin gəlirlərinin 135,4 milyard manata, xərclərinin isə 133,6 milyard manata çatacağı gözlənilir.

Bundan əlavə, 2027–2030-cu illər üzrə manatın ABŞ dollarına qarşı məzənnəsinin sabit qalacağı və hazırkı səviyyədə formalaşacağı bildirilir.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.