
5 noyabr 2024-cü il tarixində Bakı Fond Birjasında Maliyyə Nazirliyinin 728 gün olan istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.
İstiqrazların buraxılışı üzrə məlumatlar aşağıdakı kimidir:
| Emitent | Azərbaycan Respublikasının Maliyyə Nazirliyi |
| Dövlət istiqrazının növü | Kuponlu, ortamüddətli dövlət istiqrazları |
| Dövlət qeydiyyat nömrəsi – İSİN | AZ0201070312 |
| İstiqrazların tədavül müddəti | 728 gün |
| Buraxılış həcmi | 40,000,000 manat |
| Nominal dəyəri | 100 manat |
| Minimal qiymət | 93.2861 (10.3000%) manat |
| Maksimal qiymət | 94.6510 (9.4994%) manat |
| Kəsmə qiyməti | 93.7945 (10.0000%) manat |
| Ortaçəkili qiyməti | 93.9345 (9.9178%) manat |
| Reallaşdırılmış həcmi | 19,483,500 manat |
| Sifarişlərin Ümumi həcmi (nominal qiymətlə) | 28,682,800 manat |
| İnvestor sayı | 12 |
| Sifarişlərin sayı | 23 |
| Ödəmə tarixi | 03.11.2026 |
| Anderrayter | PAŞA Kapital İŞ QSC |




