Home » “Mastercard”: Süni intellekt kibertəhlükəsizlikdə oyun qaydalarını dəyişib

“Mastercard”: Süni intellekt kibertəhlükəsizlikdə oyun qaydalarını dəyişib

by Zeyneb
0 comments 0 views 1 minutes read

Süni intellektin sürətli inkişafı kibertəhlükəsizlik sahəsində mövcud riskləri və hücum üsullarını əhəmiyyətli dərəcədə dəyişib.

Bunu “Mastercard”ın Şərqi Avropa, Yaxın Şərq və Afrika üzrə Kiber Məsləhət xidmətləri üzrə vitse-prezidenti Cihan Salihoğlu Bakıda keçirilən “Süni İntellekt Əsrində Maliyyə Kibertəhlükəsizliyinin Gələcəyi” adlı tədbirdə deyib.

Onun sözlərinə görə, üç il əvvəl “ChatGPT”nin ictimaiyyətə təqdim olunması ilə kibertəhdid mühitində yeni mərhələ başlayıb.

“Bu gün artıq süni intellekt tərəfindən yaradılan və ya onun dəstəyi ilə həyata keçirilən hücumlarla üz-üzəyik. Hücumçular AI-dən həm hücumların miqyasını artırmaq, həm də tətbiqlərdəki boşluqlardan istifadə edən alətlər hazırlamaq üçün geniş şəkildə yararlanırlar”, – deyə C.Salihoğlu bildirib.

O qeyd edib ki, “Mastercard” dünyanın ən çox hədəfə alınan təşkilatlarından biridir və bunun əsas səbəbi şirkətin maliyyə əməliyyatlarının mərkəzində yer almasıdır.

“Şirkət hər dəqiqə təxminən 200 unikal və real kibercumu aşkar edir, qarşısını alır və zərərsizləşdirir. Bu göstəriciyə port skan edilməsi kimi kəşfiyyat xarakterli fəaliyyətlər daxil deyil”, – deyə vitse-prezident vurğulayıb.

C.Salihoğlu əlavə edib ki, “Mastercard” son 10 ildə yalnız kibertəhlükəsizlik şirkətlərinin satın alınmasına 11 milyard ABŞ dollarından çox vəsait xərcləyib. Bu məbləğə korporativ təhlükəsizlik büdcələri daxil deyil. Onun sözlərinə görə, şirkətin son satınalmalarından birinin dəyəri 2,65 milyard ABŞ dolları təşkil edib.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.