Home » “Microsoft” 20 ildən sonra “Skype” proqramını bağlayır

“Microsoft” 20 ildən sonra “Skype” proqramını bağlayır

by yunus
0 comments 0 views 1 minutes read

“Microsoft” 20 ildən sonra “Skype” proqramını dayandırır.

BBN.az xəbər verir ki, texnologiya dünyasında bir dövrün sonu yaxınlaşır. “Microsoft” bir zamanlar video zəng bazarının lideri olan “Skype” platformasının 5 may 2025-ci ildə rəsmi olaraq bağlanacağını elan edib.

20 ildən artıq müddətdə dünya üzrə milyonlarla insanı bir araya gətirən “Skype” müasir ünsiyyətin formalaşmasında mühüm rol oynayıb. Lakin dəyişən istifadəçi vərdişləri və rəqib platformaların yüksəlişi “Skype”ın səhnədən çəkilməsinə səbəb olub.

2003-cü ildə Niklas Zennström və Janus Friis tərəfindən yaradılan “Skype” internet vasitəsilə pulsuz audio və video zənglər təqdim edərək qısa müddətdə qlobal populyarlıq qazanmışdı. 2011-ci ildə “Microsoft” tərəfindən 8,5 milyard dollara satın alınan platforma rəqəmsal kommunikasiyada liderliyini qoruyacaq kimi görünürdü. Lakin mobil əsaslı mesajlaşma tətbiqlərinin (WhatsApp, Facebook Messenger) yüksəlişi “Skype”ın geridə qalmasına səbəb oldu.

Xüsusilə KOVID-19 pandemiyası “Skype”ın zəif tərəflərini açıq şəkildə üzə çıxardı. “Zoom” kimi platformalar uzaqdan iş modelinin yayılması ilə sürətlə böyüyərkən “Microsoft Teams” iş dünyasına yönəlmiş güclü xüsusiyyətləri ilə “Skype”ın yerini almağa başladı. 2023-cü ilə qədər “Skype”ın gündəlik aktiv istifadəçi sayı cəmi 36 milyona düşdü, halbuki platforma zirvə dövründə 500 milyondan çox qeydiyyatlı istifadəçiyə malik idi.

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.