Home » Milli Depozit Mərkəzi “Elektron müraciət sistemi”ni istifadəyə verib

Milli Depozit Mərkəzi “Elektron müraciət sistemi”ni istifadəyə verib

by yunus
0 comments 0 views 1 minutes read

Milli Depozit Mərkəzi (MDM)“Elektron müraciət sistemi”ni istifadəyə verib.

Bu barədə MDM məlumat verib. Qeyd edilib ki, məqsəd fiziki və hüquqi şəxslər üçün elektron müraciət imkanlarının genişləndirilməsi və müraciətlər üzrə məlumat əlçatanlığının təmin olunmasıdır.

Bu sistem vasitəsilə müraciətlərin daha sürətli və rahat şəkildə reallaşdırılması təmin edilib. Müraciət edənlər “Elektron müraciət sistemi”nə https://e-mdm.gov.az/ link vasitəsilə keçid edə bilərlər. “Elektron müraciət sistemi”ndə təqdim olunan məlumatların təhlükəsizliyinin təmin edilməsi məqsədilə gücləndirilmiş rəqəmsal imza vasitələri tətbiq olunub.

Bildirilib ki, sistem eyni zamanda, Milli Depozit Mərkəzinin 2024-2026-cı illər üzrə İnkişaf Strategiyasının “Əməliyyat və xidmət effektivliyinin artırılması” hədəfi çərçivəsində rəqəmsallaşma səviyyəsinin artırılması, tam funksional və çevik İT infrastrukturun yaradılması və müştəri mərkəzli yanaşmaya keçid əsasında istifadəyə verilib.

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.