Home » Mərkəzi Bankın 30 milyon manat həcmində 251 gün notlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir

Mərkəzi Bankın 30 milyon manat həcmində 251 gün notlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir

by bbnadm
0 comments 0 views 1 minutes read

11 noyabr 2022-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (ARMB) AZ2032024708 dövlət qeydiyyat nömrəli 30 milyon manat həcmində 251 gün notlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

Hərracı zamanı 10 investor tərəfindən qiymət intervalı 96.1133 (5.80%) manat və 96.7950 (4.75%) manat olan 17 sifariş təqdim edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 54 165 300 manat olmuşdur.

ARMB-nin qərarına əsasən notların kəsmə qiyməti   96.7618 (4.80%) manat və orta ölçülmüş qiyməti 96.7778 (4.78%) manat olaraq müəyyən edilmişdir.

Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 30,000,000 manat təşkil etmişdir. 

Notların ödəmə tarixi 20.07.2023-cü ildir.

Hərracda toplanmış tələb təklifdən çox olduğu halda təklif emitent tərəfindən ilkin olaraq hərraca çıxarılmış məbləğin maksimum 20%-inə qədər artırıla bilər.

You may also like

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.