Home » Qərbi Texas xam neftinin qiyməti 90 dolları keçib

Qərbi Texas xam neftinin qiyməti 90 dolları keçib

by ulviyya
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Xam neft və təbii qazın qiymətləri ilə bağlı son məlumatları təqdim edirik.

BBN.az Bloomberg-ə istinadən xəbər verir ki, WTI (Qərbi Texas) xam neftinin 1 barrel-ə görə qiyməti 0.61 dollar, yaxud 0.68% yüksələrək 90.24 dollara ticarət edilir.

Bloomberg-də olan son məlumata görə Brent xam nefti isə 0.48 dollar, yaxud 0.51% yüksələrək 93.78 dollara satılır. Təbii qazın qiymətləri isə 0.02 dollar, yaxud 0.65% artaraq 2.63 dollara ticarət edilir.

Qeyd edək ki, “Goldman Sachs”ın ekspertləri neftin qiyməti ilə bağlı yenilənmiş proqnozunu açıqlayıb. İnvestisiya bankı proqnoz edir ki, Brent xam neftinin qiyməti 80 dollardan yuxarı qalxacaq və ilin sonuna qədər isə 86 dollara çatacaq. Bankın proqnozuna əsasən hazırda xam neftə olan rekord tələb qiymətləri qısamüddətli dövr üçün yüksəldib.

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.