
ABŞ prezidenti Donald Tramp noyabrın 1-dən etibarən ölkəyə idxal olunan orta və ağır yük maşınlarına 25 faizlik gömrük rüsumu tətbiq ediləcəyini açıqlayıb.
BBN.az xəbər verir ki, Tramp bu barədə sosial şəbəkə hesabında paylaşım edib. “Noyabrın 1-dən ABŞ-a başqa ölkələrdən gətirilən bütün orta və ağır yük maşınlarına 25% rüsum tətbiq olunacaq”, – deyə ABŞ prezidenti bildirib.
Xatırladaq ki, Tramp sentyabrın 25-də verdiyi əvvəlki açıqlamada tariflərin oktyabrın 1-dən qüvvəyə minəcəyini demişdi. O zaman o bildirmişdi: “İri yük maşını istehsalçılarımızı haqsız xarici rəqabətdən qorumaq üçün dünyanın digər yerlərində istehsal olunan bütün ağır yük maşınlarına oktyabrın 1-dən etibarən 25 faizlik tarif tətbiq edəcəyəm”.
Yeni qərarla tariflərin tətbiqi bir ay sonraya – noyabrın 1-nə təxirə salınıb.







