Home » Türkiyədə Azərbaycanın ticarət və investisiya imkanları daha geniş tanıdılır

Türkiyədə Azərbaycanın ticarət və investisiya imkanları daha geniş tanıdılır

by anar
0 rəy 2 baxış 1 dəqiqə oxuma

Azərbaycan Respublikasının Türkiyədəki Ticarət Nümayəndəliyi ölkəmizin ticarət və investisiya imkanlarının daha geniş tanıdılması məqsədilə işlər görür.

Azərbaycan Respublikasının Türkiyədəki Ticarət Nümayəndəliyi iki ölkə arasında ticarət-iqtisadi əməkdaşlığın inkişafı, qardaş ölkədə “Made in Azerbaijan” brendinin və Azərbaycandakı investisiya mühitinin təşviqi, ölkəmizin qeyri-neft ixracının artırılması istiqamətində fəaliyyətini davam etdirir.

2023-cü ilin iyun ayında fəaliyyətə başlayan Ticarət Nümayəndəliyi ötən il Türkiyədə dövlət və iş adamları ilə görüşlər keçirib, ölkəmizdə, xüsusilə də işğaldan azad edilmiş ərazilərimizdə mövcud olan investisiya imkanları, tətbiq olunan güzəştlər və stimullar barədə məlumat verib, türk iş adamlarından ibarət nümayəndə heyətlərinin Azərbaycana səfərlərini təşkil edib.

Hazırda Ticarət Nümayəndəliyi “Yabancı yatırım düşünüyorsanız, size yabancı olmayan Azerbaycana gelin” şüarı ilə qardaş ölkənin iş adamlarının məlumatlandırılması ilə bağlı işlər görür. Bu baxımdan nümayəndəlik tərəfindən ölkəmizin ticarət və investisiya imkanlarını daha dinamik və interaktiv şəkildə təqdim etmək üçün hazırlanmış video-çarx maraqla qarşılanır. Video-çarxla aşağıdakı link vasitəsilə tanış olmaq mümkündür: 

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.