0

Bu ilin aprel ayında Azərbaycanda banklara sürətli pul köçürmə sistemləri vasitəsilə 146.6 milyon manat vəsait daxil olub.
Bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat yayıb.
Məlumata görə, hesabat ayında banklardan xaricə göndərilən vəsaitin həcmi 41.6 milyon manat təşkil edib.
Qeyd edək ki, 2025-ci ildə ümumilikdə Azərbaycanda banklara sürətli pul köçürmə sistemləri vasitəsilə 1 milyard 758.8 milyon manat vəsait daxil olub.
Eyni dövrdə banklardan xaricə göndərilən vəsaitin həcmi isə 490.4 milyon manata bərabər olub.




