Home » Qlobal bazarlarda qızıl və platin ucuzlaşıb, gümüş bahalaşıb

Qlobal bazarlarda qızıl və platin ucuzlaşıb, gümüş bahalaşıb

by yunus
0 comments 0 views 1 minutes read

Qlobal əmtəə bazarlarında qiymətli və sənaye metallarının qiymətlərində fərqli dinamika müşahidə olunub.

BBN.az xəbər verir ki, COMEX birjasında avqust müqavilələri üzrə qızılın bir unsiyasının qiyməti 3,80 ABŞ dolları və ya 0,09% azalaraq 4 015 dollara enib. Spot bazarda isə qızılın bir unsiyası 7,58 dollar və ya 0,19% ucuzlaşaraq 4 009,81 dollar təşkil edib.

COMEX-də sentyabr müqavilələri üzrə gümüşün bir unsiyasının qiyməti 0,60 dollar və ya 1,06% artaraq 56,93 dollara yüksəlib.

Spot bazarda platinin bir unsiyasının qiyməti isə 3,96 dollar və ya 0,25% azalaraq 1 592,60 dollara düşüb.

Analitiklərin qiymətləndirməsinə görə, ABŞ-İran arasında gərginliyin yenidən artması neft qiymətlərini yüksəltsə də, bu, qızıl bazarına dəstək verməyib. Enerji daşıyıcılarının bahalaşması inflyasiya risklərini artıraraq ABŞ Federal Ehtiyat Sisteminin (FED) faiz dərəcələrini daha uzun müddət yüksək saxlayacağına dair gözləntiləri gücləndirib. Bu isə ABŞ dollarının möhkəmlənməsinə səbəb olub və nəticədə qızıl ilə platinin qiymətlərinə təzyiq göstərib.

Bununla yanaşı, həm qiymətli metal, həm də sənaye xammalı kimi yüksək tələbat görən gümüş bahalaşma tendensiyasını davam etdirib.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.