

Mərkəzi Bankın sədr müavini Əli Əhmədov Azərbaycan Fond Bazarı İştirakçılarının Assosiasiyası, Bakı Fond Birjası, Milli Depozit Mərkəzi və investisiya şirkətlərinin rəhbər şəxsləri ilə görüşüb.
Görüşdə cari ilin birinci rübü üzrə kapital bazarlarında əldə olunan nəticələr və investisiya şirkətlərinin fəaliyyəti geniş müzakirə olunub.
Görüş çərçivəsində, həmçinin qarşıdakı dövrdə bazar infrastrukturunun inkişaf etdirilməsi, bazara olan etimadın artırılması və investisiya alətlərinin çeşidinin genişləndirilməsi kimi strateji hədəflər üzrə fikir mübadiləsi aparılıb.