Home » Azərbaycanda müddətli əmanətçilərin sayı bir ildə 31 %-ə yaxın artıb

Azərbaycanda müddətli əmanətçilərin sayı bir ildə 31 %-ə yaxın artıb

by yunus
0 comments 0 views 1 minutes read

Bu il iyunun 1-nə Azərbaycanda bank sektoru üzrə unikal müddətli əmanətçilərin sayı 216 min 124 nəfər təşkil edib.

BBN.az xəbər verir ki, bu barədə məlumatı Azərbaycan Mərkəzi Bankı açıqlayıb.

Məlumata görə, unikal müddətli əmanətçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 30,9 % və ya 51 min 63 nəfər artıb.

İlin əvvəli ilə müqayisədə isə müddətli əmanətçilərin sayı 11,3 % və ya 21 min 990 nəfər çoxalıb.

Qeyd edək ki, unikal müddətli əmanətçi dedikdə, bankda bir və ya bir neçə müddətli əmanət hesabına malik olsa belə, bütün hesabları nəzərə alınaraq yalnız bir müştəri kimi qəbul edilən fiziki şəxs başa düşülür.

Mütəxəssislər əmanətçilərin sayındakı artımı bank sektoruna inamın yüksəlməsi, əmanətlər üzrə gəlirliliyin artması və vətəndaşların yığım meyillərinin güclənməsi ilə əlaqələndirirlər.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.