Home » Birinci rübdə smartfon satışları kəskin azalıb

Birinci rübdə smartfon satışları kəskin azalıb

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Koronavirus pandemiyası və pandemiya səbəbindən bir çox ölkələrdə karantin rejiminin elan edilməsi smartfon satışlarına böyük təsir göstərib. Beynəlxalq Məlumat Korporasiyasının (IDC) araşdırmasının nəticəsində, smartfon istehsalçılarından cari ilin birinci rübündə daşınan cihazların ümumi həcminin ötən ilin birinci rübünə nisbətdə 11.7% faiz aşağı olduğu aşkarlanıb. IDC bunun illik əsasdə ən böyükhəcmli azalma olduğu qənaətindədir. Birinci rüb ərzində, şirkətlər tərəfindən ümumilikdə 275.8 milyondan çox smartfonun satışı həyata keçirilib.

Birinci rüb üzrə azalmalar içərisində proqnozları üstələyən ən böyük azalmanın Çin Xalq Respublikasında baş verdiyini müşahidə etmək olar. Belə ki, Çində birinci rübdə karantin dövrünün pik həddini yaşadığından, smartfon satışlarında 20.3%-lik geriləmə müşahidə olunub. Smartfon bazarının geniş məcrada yayıldığı ABŞ və Qərbi Avropa bazarlarında isə müvafiq olaraq 16.1% və 18.3% azalma qeydə alınıb.

“Samsung” şirkəti ötən ilin birinci rübü ilə müqayisədə, satışlarında 18.9%-lik geriləmə göstərsə də, 21.1%-lik bazar payı ilə liderliyini qoruyub saxlayır. “Huawei” şirkəti satışlarında 17.1%-lik azalma ilə bazarda 17.8%-lik paya sahibdir. 13.3%-lik bazar payı ilə “Apple” şirkəti birinci rüb ərzində 36.7 milyon ədəd İPhone satışı həyata keçirib. Bu isə, ötən ilin ilk rübünə nəzərən 0.4%-lik azalma deməkdir. “Xiaomi” şirkəti Hindistan bazarında sürətlə yayıldığı üçün, satışlarını 6.1% artırıb və şirkətin bazar payı ilk dəfə 10%-in üzərində qərarlaşıb. İlk beşliyi 23.2 milyon smartfon satışı ilə “Vivo” şirkəti tamamlayır.

Bazar araşdırması ilə məşğul olan “TrendForce” şirkəti smartfon satışlarının həcmində koronavirus səbəbindən ikinci rübdə 16.5%-lik azalma müşahidə ediləcəyini proqnozlaşdırıb. Ümumilikdə illik ortalama proqnoz isə 11.3%-lik azalma üzərində formalaşıb.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.