0
Azərbaycanda neft-kondensat hasilatı bu ilin yanvar-avqust aylarında operativ məlumatlara əsasən, 19,3 milyonton, ixracı isə 16 milyonton olub.
BBN.az xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov “X” sosial şəbəkəsindəki hesabında bildirib.
Nazir əlavə edib ki, bu dövrdə 800 milyon kubmetr artımla hasil edilmiş 33 milyard kubmetr təbii qazın isə 16,4 milyard kubmetri ixrac olunub.