Home » “PAŞA Kapital” liderlik mövqeyini qorumaqdadır!

“PAŞA Kapital” liderlik mövqeyini qorumaqdadır!

by anar
0 comments 1 views 1 minutes read

Bakı Fond Birjası tərəfindən açıqlanan statistikaya əsasən “PAŞA Kapital İnvestisiya Şirkəti” Qapalı Səhmdar Cəmiyyəti, 2023-cü ilin yanvar- avqust aylarında keçən ilin yanvar – avqust ayları ilə müqayisədə 88% artım göstərərək, 10 milyard 402 milyon 327 min 171 manat dövriyyə ilə Azərbaycan bazarında liderlik mövqeyindədir.

“PAŞA Kapital İnvestisiya Şirkəti” QSC, vasitəçilik, investisiya məsləhətləri və anderraytinq kimi müxtəlif investisiya imkanları üzrə ixtisaslaşan aparıcı investisiya şirkətidir.

Şirkət yüksək keyfiyyətli vasitəçilik xidməti ilə investorlara Bakı Fond Birjasınnın ilkin və təkrar bazarına çıxışı, yerli bazarda birjadankənar əqdlərin bağlanması, xarici fond bazarlarında investisiya əməliyyatlarının aparılması və əlavə olaraq REPO sövdələşmələrinin təşkili üzrə uğurlu təcrübəyə malikdir.

Qeyd olunan dövr üzrə şirkətin qiymətli kağızlar bazarının sabit gəlirli maliyyə alətləri üzrə bütün seqmentlərində – Anderraytinq, Mərkəzi Bankın notları, Dövlət istiqrazları, Korporativ istiqrazlar və Repo bazarında ən çox əməliyyat həcmi ilə öz lider mövqeyini qoruyub saxlamağa müvəffəq olub.

“PAŞA Kapital İnvestisiya Şirkəti” QSC, Azərbaycan bazarında liderlik mövqeyini qorumaqla, yerli bazarda investisiya imkanları axtaranlar üçün etibarlı tərəfdaş olmağa davam edir.

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.